Qazaxıstan atom elektrik stansiyaları ilə bağlı referendum keçirəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Şavkat Utemisov bu il Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı referendum keçirmək istəsələr, MSK-nın hazır olacağını açıqlayıb. 
"Bütün zəruri hazırlıq işləri, o cümlədən seçici siyahılarının tərtibi, ərazi seçki komissiyalarımız tərəfindən görülməli olan işlər, hər şey plan üzrə gedir, biz hazırıq", - deyə komissiya üzvü qeyd edib.
Bununla belə, Utemisov bu referendumun başlanmasının ilkin tarixlərini hələlik açıqlamayıb.
"Biz hazırıq, əlbəttə ki, vaxtımız olacaq", - deyə o, yekunlaşdırıb.
Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi ilə bağlı ehtimal olunan referendumla bağlı digər təfərrüatlar verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31