Artıq yüngül xəstəliyi olan vətəndaşlar da orduya çağırılacaq – Əsgər toplama işləri sürətləndirilib

İndiyədək Rusiya ilə qarşıdurmalarda təqribən 70000 hərbçi itirən Ukrayna orduya əsgər toplama işlərini sürətləndirib.

Olaylar.az 7Times.az-a istinadən  xəbər verir ki, rəsmi Kiyev bunun üçün hərbi xidmətdən tibbi azadolmalarla bağlı qərarını sərtləşdirib.

Belə ki, artıq daha yüngül psixi pozğunluğu, HİV+ statusu və ya hepatiti olan çağırışçıların hərbi xidmətdən yayınmasına icazə verilməyəcək. Bundan əlavə, müalicə edilə bilən vərəm, yavaş irəliləyən qan xəstəliyi və yüngül qalxanvari vəzi xəstəlikləri olan vətəndaşlar da orduya çağırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31