ABŞ bu məsələni müzakirə etmək istəmir - ÖZƏL
6 Sentyabr 2023 12:09 Dünya"ABŞ Dövlət Departamenti ABŞ tərəfinin Rusiyanın kənd təsərrüfatı məhsullarının digər ölkələrə tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə etmək istəmədiyini nümayiş etdirir".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.
"Biz Dövlət Departamenti rəsmilərinin bugünkü bəyanatlarına diqqət yetirdik ki, bu da Vaşinqtonun Rusiyanın kənd təsərrüfatı məhsullarının tədarükünün qarşısının alınması mövzusunu müzakirə etmək istəmədiyini açıq şəkildə nümayiş etdirir. Bu, bir daha təsdiqləyir ki, ABŞ Rusiyadan kənd təsərrüfatı məhsullarının daşınmasını asanlaşdırmaqda maraqlı deyil. Məhz Qərbin sanksiyaları ehtiyacı olan ölkələrin bizim ərzaq məhsullarını almasına mane olur" - deyə, səfirlikdən bildirilir.