Rusiyanın qərbində Bryansk vilayətində Ukraynaya məxsus pilotsuz təyyarə vurulub - ÖZƏL

 

"Rusiya hava hücumundan müdafiə sistemi Ukrayna ilə həmsərhəd olan Bryansk vilayətinin Navlinski rayonu üzərində sabit qanadlı pilotsuz təyyarəni vurub".

Olaylar.az xəbər verir ki, bunu qubernator Aleksandr Boqomaz bildirib. 

"Rusiya Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qoşunları ukraynalı terrorçuların hücumunun qarşısını alıb. Navlinski rayonu üzərində sabit qanadlı pilotsuz təyyarə vurulub. Dağıntı və tələfat olmayıb" - qubernator, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31