Rusiyada son bir həftədə COVID-19-a yoluxma 31,6% artıb - ÖZƏL
6 Sentyabr 2023 12:08 DünyaRusiyada koronavirusa yoluxma halları 31,6%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 13,2% artıb.
Olaylar.az xəbər verir ki, böhran mərkəzinin məlumatına görə, son bir həftə ərzində 5217 koronavirus hadisəsi və 1172 xəstəxanaya yerləşdirilmə qeydə alınıb. Rusiyanın 36 regionunda xəstəxanaya yerləşdirilmələrin sayında artım, 53 regionda isə xəstələnmə hallarının artdığı bildirilir.
Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyasının başlanmasından bəri Rusiyada ümumilikdə 22 995 765 koronavirus hadisəsi, 22 446 519 sağalma və 399 999 ölüm halı qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31