Latviyadakı rusofobiyaya görə BMT və Aİ-yə müraciət ediləcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova öz Telegram kanalında bildirib ki, qovulma təhdidləri ilə əlaqədar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk və Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviçə müraciət etməyi planlaşdırır. Latviya rəsmi Riqa latış dilindən imtahandan keçməyən Rusiya Federasiyası vətəndaşlarını ölkədən çıxarmağı planlaşdırır.
 "Mən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçə müraciət edərək soydaşlarımızın hüquqlarının pozulmasına diqqət yetirməyi xahiş edəcəyəm".
O qeyd edib ki, yaşlı insanlar üçün yeni dil öyrənmək çətin bir iş ola bilər və risk altında olan insanların əksəriyyəti yaşlılardır. Eyni zamanda, Moskalkova Latviyanın hərəkətlərini rusların ölkədən sıxışdırılmasına şərait yaratmaq üçün şüurlu cəhd adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31