Çexiya Kiyevə seçkiləri təxirə salmamağı tövsiyə edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Çexiya Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Dreyk bildirib ki, Ukraynada 2024-cü ildə seçkilərin keçirilməsi mümkündür  və Praqa onların keçirilməsində Kiyevə kömək etməyə hazırdır.
"Rusiya və Ukrayna arasında hərbi münaqişə şəraitində seçkilərin təşkili  Ukrayna qanunvericiliyi ilə tənzimlənir və nə qədər çətin olsa da, biz inanırıq ki, gələn il təşkil oluna bilər", - deyə Dreyk bildirib.
Eyni zamanda, Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Praqa seçkilərin təşkilinə kömək etməyə hazırdır, ancaq Kiyevdən konkret müraciətlər aldıqdan sonra.
Bundan əvvəl Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami bildirib ki , Vaşinqton Amerika pulu naminə ukraynalıların etibarını qurban verməyə çalışan Ukrayna rəhbəri Vladimir Zelenski tərəfindən aldadılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31