Krım körpüsündə hərəkət dayandırıldı

Rusiyada Krım körpüsündə hərəkət müvəqqəti olaraq dayandırılıb.

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu haqda körpünün operativ qərargahı teleqram kanalında açıqlama yayıb.

"Biz körpüdə və yoxlama zonasında olanlardan sakit olmalarını və nəqliyyat təhlükəsizliyi işçilərinin göstərişlərinə əməl etmələrini xahiş edirik", - qərargahdan bildirilib.

Hərəkətin dayandırılmasının səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl sentyabrın 3-də körpüdə nəqliyyatın hərəkəti dayandırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31