Polşa 1,7 min PUA alacaq

Polşanın Milli Müdafiə Nazirliyi 1,7 min kəşfiyyat aparatı alacaq.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Sentyabrın 5-də Keltsedə keçirilən 31-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı milli müdafiə naziri Mariuş Blaşak Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə FlyEye kiçik pilotsuz təyyarə sistemlərinin tədarükünə dair çərçivə sazişini təsdiqləyib", - məlumatda qeyd edilib.

Bildirilir ki, Silah Agentliyi ilə istehsalçı "WB Electronics S.A." arasında bağlanan müqaviləyə görə, 2035-ci ilin sonuna qədər 1,7 min PUA-nın alınmasını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31