ABŞ dövlət katibi Kiyevə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 6-da Kiyevə səfər edəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Zerkalo Nedeli" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşr Blinkenin səfər proqramı və Ukrayna rəhbərliyi ilə hansı məsələlərin müzakirə ediləcəyi barədə təfərrüatlı məlumat verməyib.

Qeyd edək ki, E.Blinken sonuncu dəfə Ukraynaya 2022-ci ilin sentyabrında səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31