Ukraynalı agent 12 il müddətinə azadlıqdan məhrum edilib - ÖZƏL
5 Sentyabr 2023 19:58 DünyaRostov vilayət məhkəməsi Rusiya vətəndaşı, Rusiya Təhlükəsizlik Xidmətinin agenti Vladislav Ponamarevi 12 il müddətinə sərt rejimli koloniyaya məhkum edib.
Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Həmin şəxs Amerikanın HIMARS reaktiv raket sistemlərinin hesablamaları üçün Kiyevə hədəf təyinatları verdiyi üçün həbs cəzasına məhkum edilib.
2022-ci ilin dekabrında Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Rusiyanın müxtəlif regionlarında Rusiya Federasiyası və Ukrayna vətəndaşlarının bir neçəsinin terror aktları hazırlamaqda şübhəli bilinərək saxlanılması barədə məlumat yayıb. Kəşfiyyat xidməti şübhəlilərin Ukrayna ordusuna və Ukrayna Təhlükəsizlik Xidmətinə yardım etdiyini iddia edib. Reydlər Perm diyarı, Yəhudi Muxtar Vilayəti və Rostov vilayətində keçirilib.
FSB-nin verdiyi məlumata görə, Rostov vilayətində Ukrayna agenti, Rusiya Federasiyası və Ukrayna vətəndaşı Vladislav Ponomarev müəyyən edilib. O, Kiyevə Rusiya hərbçilərinin yeri və zirehli texnikanın "HIMARS raketlərini hədəfə almaq üçün" hərəkəti haqqında məlumat ötürməkdə şübhəli bilinirdi. Həmin şəxs həbs edilib və ona qarşı dövlətə xəyanət və casusluq maddələri ilə cinayət işi açılıb.
Bundan əvvəl Polşada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən belaruslu saxlanılıb.