Almaniya Ukraynanı yeni istehsal olunan sursatla təmin edib- ÖZƏL

Almaniya Ukraynaya Gepard özüyeriyən zenit silahları (ZSU) üçün yeni hazırlanmış sursat göndərib. Bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir. Qeyd olunur ki, müvafiq razılaşmadan cəmi bir neçə ay sonra Ukrayna Silahlı Qüvvələri bu sursatları alıb.

Almaniya Müdafiə Nazirliyi Ukraynaya artilleriya, sursat və quru hava hücumundan müdafiə sahəsində dəstəyi davam etdirəcəklərini bildirib.

Həmin ərəfədə xəbər verilmişdi ki, Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman Almaniya kansleri Olaf Şolzun Kiyevə "Taurus" uzaqmənzilli raketlərinin tədarükünə mane olmaqda ittiham edib və onun hərəkətlərini məsuliyyətsizlik adlandırıb.

İyulun əvvəlində Scholz bəyan etdi ki, Berlin Kiyevi Rusiya ərazisinə hücum üçün istifadə oluna biləcək uzaqmənzilli silahlarla təmin etməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31