Ukraynanın yeni müdafiə naziri Rusiyaya mesajdır
5 Sentyabr 2023 15:04 Dünya"Ukrayna prezidenti V. Zelenskinin Krım Tatar türkü Rüstəm Umerovun müdafiə naziri təyin edib. Ukrayna Ali Radasınin təsdiq etdikdən sonra, yeni vəzifəsinə rəsmən başlayacaq". Bunu deyən MCP sədrinin müavini Məhəmməd Əsədullazadə "Olaylar"a bildirib ki,V. Zelenskinin Krım türkünü müdafiə naziri təyin etməsi, Rusiyaya mesajdır. Bununla V. Zelenski Ukraynanın Krımdan vaz keçməyəcəyini və heç bir danışıqlar prosesində Krımı müzakirə edilməyəcəyini xüsusi olaraq ortaya qoydu: "Bundan sonra, Ukrayna Krımın azad edilməsi üçün hərbi əməliyyatları kifayət qədər genişləndirəcək. Müdafiə nazirinin türk olması, Krım türklərinin mövqeyinə də müsbət təsir edəcəyi hesablanıb.
Rüstəm Umerovun müdafiə naziri təyin edilməsi Vaşinqtonunda xüsusi razılığı olub. Ukraynanın yeni müdafiə naziri Türkiyə və Qərblə ciddi əlaqələri inkişaf etdirəcək. Təkcə, bu post hərbi deyil, strateji olaraq Ukrayna üçün müsbət perspektivləri olacaq. Yeni təyinat Ukraynanın digər xalqalara da üstünlük verdiyinin bariz nümunəsidir".