Rusiya Türkiyənin ən böyük ticarət tərəfdaşına çevriləcək — ÖZƏL

"Rusiya Türkiyənin ən böyük ticarət tərəfdaşı olacaq və iki ölkə prezidentlərinin ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq niyyəti ilə bağlı bəyanatları da bu tendensiyanın təsdiqidir".

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin Xarici Siyasət İnstitutunun direktoru Hüseyn Bağcı bildirib.
"Ticarət dövriyyəsinin artım perspektivləri ilə bağlı Soçidə verilən bəyanatlardan belə nəticəyə gəlmək olar ki, Rusiya beş-on il ərzində Türkiyənin ən böyük ticarət tərəfdaşına çevriləcək", - ekspert bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31