Putin və Ərdoğanın Soçidə işgüzar nahar menyusu diqqət çəkdi - FOTO
5 Sentyabr 2023 14:07 DünyaRusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə işgüzar nahar zamanı nə yedikləri məlum olub.
Olaylar.az Milli.Az-a istinadən bildirir ki, "Kreml pulu" teleqram kanalı liderlərin nahar menyusunda təqdim olunan yemək və içkilər barədə paylaşım edib.

Belə ki, liderlərin nahar menyusunda hisə verilmiş forel balığı ilə xiyarlı və avakadolu salat, tomat soslu qırmızı kefal balığı, mal ətli xarço supu, göbələk soslu tərəvəzli kefal balığı və qrildə quzu qabırğası olub. Desert kimi isə Putin və Ərdoğana "quş südü" (ptiçye moloko) təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31