Rusiyanın təklifləri qəbul edilə bilər - ÖZƏL
5 Sentyabr 2023 13:16 Dünya"Soçidə keçirilən Ərdoğan-Putin görüşündən gözləntilər çox olsa da, konkret məsələlər üzərində razılıq əldə olunması barədə məlumat verilmədi. Bu da gözlənilən idi". Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, məsələlərin mahiyyəti elədir ki, əldə edilən razılıqlar zamanla özünü biruzə verir:
"Bunun üçün bir müddət gözləmək lazımdır. Amma hesab etmək olar ki, Rusiya-Türkiyə iqtisadi əlaqələrinin inkişafında dəqiq artım olacaq. Uzunmüddətli planlar çərçivəsində yeni atom elektrik stansiyasının və qaz habının təşkil olunması planları irəli dedəcək. "Taxıl dəhlizi"nin bərpa olunması üçün Rusiyanın şərtlərinin olduğu qeyd edilir. Qərb və Avropanın bu şərtlərə razı olması üçün iş gedir. Böyük ehtimalla bu məsələ yaxın müddətdə öz həllini tapmalıdır. Ərdoğanın da dediyi kimi taxılın 40 faizi Avropaya gedir, 10 faizdən çoxu Türkiyəyə çatır. Bu baxımdan da belə çıxır ki, daşınan taxılın yarısından çoxu Afrikaya yox başqa ölkələrə getdiyi üçün Rusiyanın təklifləri qəbul edilə bilər".