“İranın xarici siyasəti niyə bu qədər zəifləyib?” yazan sayt bağlanıb- ÖZƏL

İranda ən çox ziyarət edilən internet xəbər saytlarından biri, islahatçı xəttdə yayımlanan "entekhab" Mətbuat Qanunu və Ali Milli Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq yayımladığı əsas gətirilərək bağlanıb.

Yarı-rəsmi Fars Xəbər Agentliyinin məlumatına görə, bağlanma qərarını dünən iclas keçirən İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuat Nəzarət Şurası verib.

"entekhab.ir" uzantılı internet saytı Mətbuat Qanununa və Ali Milli Təhlükəsizlik Şurasının qərarlarına zidd yayımlar təşkil etdiyi səbəbi ilə Mətbuat Qanununa əsasən ələ keçirilib və fayl məhkəmə orqanlarına təhvil verilib.

Ölkə mətbuatında "entekhab" saytının prezident İbrahim Rəisinin "zəif xarici siyasətini" tənqid edən xəbərə görə bağlandığı bildirilib. 

İslahatçı xətt üzrə yayımlanan "entekhab.ir" internet xəbər saytı bu yaxınlarda "İranın xarici siyasəti niyə bu qədər zəifləyib?" başlıqlı video paylaşıb. Hesabatda hazırkı hökumətin "təmiz şərqə baxan strategiyası"nın İranın regional və beynəlxalq cəlbediciliyini və diplomatik təsirini azaltdığına dair şərhlər yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31