Türkiyədə qaz qovşağı ilə bağlı danışıqlar tezliklə keçirilə bilər — ÖZƏL
5 Sentyabr 2023 12:00 Dünya"Türkiyədə qaz qovşağı layihəsinin yol xəritəsinin icrası ilə məşğul olmaq üçün birgə işçi qrupun yaradılması ilə bağlı danışıqlar yaxın vaxtlarda aparıla bilər".
Olaylar.az xəbər verir ki, bu barədə yerli diplomatik mənbə bildirib.
"Yaxın vaxtlarda danışıqlar aparıla bilər. Layihənin yol xəritəsi elektron platformanın fəaliyyəti, ticarətin təşkili mexanizmləri, üçüncü tərəf nümayəndələrinin onlarda potensial iştirakı və digər texniki məqamların hüquqi və inzibati məsələlərinin əlaqələndirilməsini nəzərdə tutur", - mənbə qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31