Ərdoğan Putinlə görüşünün təfərrüatını açıqladı
5 Sentyabr 2023 10:26 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünün təfərrüatını açıqlayıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, qeyd edib ki, bu ilin 7 ayında Türkiyəyə 3,5 milyon rusiyalı turist gəlib.
Türkiyə Prezidenti onu da vurğulayıb ki, inşaat işləri sürətlə davam edən Akkuyu Atom Elektrik Stansiyasından əlavə, Putinlə Sinop Atom Elektrik Stansiyasının tikintisini də müzakirə edib:
"Diqqət yetirdiyimiz məsələlərdən biri də Qara dəniz təşəbbüsünün canlandırılması idi. Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətləşərək, əhəmiyyətli irəliləyişləri ehtiva edən yeni təkliflər paketi hazırladıq.Türkiyə olaraq gözləntiləri qarşılayacaq bir həllə qısa zamanda çatacağımıza inanıram".