“Qərb-2023” təlimlərinin ləğvi TƏSDİQLƏNDİ
4 Sentyabr 2023 23:27 Dünyaİlin əvvəlində Rusiya "Tank biatlonu"na ev sahibliyi edə bilmədi. İndi isə "Qərb-2023" genişmiqyaslı hərbi təlimlərinə ev sahibliyi etməmək qərarına gəlib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Şoyqu təlimin ölkədə keçirilməməsinin səbəbini bu il Ukraynadakı hazırlıqla əlaqələndirib.
Qeyd edək ki, ötən ay Britaniya kəşfiyyatı Rusiyanın sentyabrında Belarusla birgə keçirəcəyi "Qərb-2023" hərbi təlimlərini şəxsi heyətin və texnikanın çatışmazlığı səbəbindən ləğv etdiyi haqda məlumat yaymışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31