Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Soçiyə istirahətə dəvət edib.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə "RİA Kremlinpool" teleqram kanalı məlumat yayıb.
"Siz gəlib bizimlə dincələ bilərsiniz", - Putin deyib.
Həmçinin, Türkiyə lideri də Soçi şəhərinin gözəlliyini vurğulayıb.