Hər şey Vaşinqtonun nə deməsindən asılıdır - Şoyqu
4 Sentyabr 2023 22:17 DünyaUkraynada hər şey Vaşinqtonun nə deməsindən asılıdır, kimin müdafiə naziri olacağından yox...
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
"Hər şey Vaşinqtonun nə deməsindən asılıdır. Nə deyəcəklər, elə də olacaq. Onlar (Ukrayna hakimiyyəti - red.) hər gün nazirləri dəyişə bilər", - Şoyqu bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatar türkü Rüstəm Umerovun müdafiə naziri təyin edilməsi barədə qərar qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31