Kirill Kulakov rəsmən Qarabağdakı Rusiya sülhməramlılarının komandanı təyin edilib

2023-cü il sentyabrın 3-dən Qarabağda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığı general-mayor Kulakov Kirill Denisoviçə həvalə edilib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

O, bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31