Bəhreyndə İsrail səfirliyinin açılışı olub

İsrailin xarici işlər naziri Eli Koen Manamada ölkəsinin Bəhreyn Krallığındaki səfirliyinin təntənəli açılışında iştirak edib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazir "X" (tvitter) sosial şəbəkə hesabında bildirib.

"Bu, ölkələrimiz arasında münasibətlərin istiləşməsindən xəbər verir", - nazir qeyd edib.

Qeyd edək ki, sentyabrın 4-də səhər saatlarında İsrailin xarici işlər naziri Eli Koen Bəhreynin vəliəhd şahzadəsi Salman bin Həməd bin İsa Əl Xəlifə ilə görüşüb.

Görüş çərçivəsində regional məsələlər, iki ölkənin terrorizmlə mübarizə öhdəliyi, həmçinin azad ticarət sazişinin təşviqinin vacibliyi və ölkələr arasında təmaslar müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31