Ruslar abort üçün dərman satışının qadağan edilməsinə qarşı çıxıblar- ÖZƏL

Hər ikinci rusiyalı (55%) abort dərmanlarının satışına qadağanın tərəfdarı deyil. Olaylar.az xəbər verir ki, Ümumrusiya İctimai Rəy Mərkəzinin apardığı sorğudan belə aydın olub. 

Səhiyyə Nazirliyinin təklifinin əleyhinə olan gənclər, uşaqsız vətəndaşlar, meqapolislərin (Moskva və Sankt-Peterburq) sakinləri, eləcə də aztəminatlı insanlardır.

Təşəbbüsün əleyhdarları qeyd edirlər ki, dərman vasitələrinin sərbəst satışının məhdudlaşdırılması abortun kriminallaşdırılmasına gətirib çıxara bilər. Digərləri isə gələcəkdə övladını təmin edə bilməyənlərin Rusiyada uşaq dünyaya gətirməyə başlayacağını qeyd ediblər. 

Respondentlərin 35%-i abort dərmanlarının satışının məhdudlaşdırılmasının tərəfdarı olub. Respondentlərin bu qrupu ölkədə demoqrafik vəziyyəti yaxşılaşdırmağa dəyər olduğunu qeyd edib. Həmçinin, təşəbbüsü dəstəkləyən respondentlərin çoxu qeyd edib ki, bu cür dərmanlardan tibb işçilərinin nəzarəti altında istifadə edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31