Belçika vaxtı keçmiş F-16-larını Ukraynaya göndərməyi düşünmür- ÖZƏL

Olaylar.az xəbər verir ki, Belçika ordusunun təchizatdan məsul rəsmisi Frederik Goetynck, Belçikada istifadə edilə bilməyən F-16-ların Ukraynaya göndərilməsinin ağlasığmaz olduğunu bildirib.

"Təyyarələr köhnəldiyi üçün istismardan çıxıb. Bu təyyarələr çox uçduqları üçün artıq köhnəliblər. Ukraynaya özünüz istifadə etməyəcəyiniz təyyarələri göndərə bilməzsiniz", - deyə Goetynck bildirib. 

Ukraynanın təyyarənin maksimum uçuş saatları ilə bağlı sərt qaydalara əməl edə bilməyəcəyi tezisini rədd edən Goetynck, "Məsələn, gövdəsində çatlar olan təhlükəli bir təyyarəni Ukraynaya çatdırsaq, onların həyatını təhlükəyə atmış olarıq" deyib.

Belçikanın F-35 təyyarələrini təhvil almasından sonra əlindəki F-16-ların yararsız olacağı və bəzilərinin Ukraynaya göndərilə biləcəyi bildirilib. Avropanın əhəmiyyətli silah istehsalçıları arasında yer alan Belçika, Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya dəstək üçün avtomatik silah, zirehli maşın, 200 yük maşını, sursat, yanacaq və tibbi ləvazimat kimi yardımlar edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31