ABŞ koalisiyası Suriyadakı hədəflərə zərbələr endirib- ÖZƏL

ABŞ koalisiyasının qırıcı təyyarələri Suriyanın Homs əyalətində iki hədəfə hava zərbəsi endirib. Bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat yayıb.

Kontr-admiralın sözlərinə görə, hücumda dörd təyyarə - iki F-16 qırıcısı və iki F-35 təyyarəsi iştirak edib. 

"Təyyarələr Əl-Tanf zonası vasitəsilə Suriyanın hava məkanını pozaraq Homs vilayətində iki hədəfə hava zərbəsi endirib. Qondarma koalisiya öz hərəkətləri ilə Suriyanın cənubunda gərginliyin azaldılması prinsipləri haqqında 8 noyabr 2017-ci il tarixli memorandumu pozdu", - deyə Kulit izah edib.

O əlavə edib ki, amerikapərəst koalisiya bu cür hərəkətləri ilə aviasiya qəzaları üçün təhlükəli ilkin şərtlər yaradır və Suriyada vəziyyətin gərginləşməsinə töhfə verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31