Cənubi Koreya dünyanı Şimali Koreyanın təhdidlərinə cavab verməyə çağırır- ÖZƏL

Cənubi Koreya prezidenti Yoon Seok-yeol G20 və ASEAN sammitləri zamanı beynəlxalq ictimaiyyəti KXDR-dən gələn hərbi təhdidlərə qətiyyətlə cavab verməyə çağıracağını bildirib. 

"Qarşıdan gələn ASEAN və G20 sammitlərində mən beynəlxalq ictimaiyyəti Şimali Koreyanın raket təxribatlarının və nüvə təhdidlərinin davamlı artmasına sərt reaksiya verməyə və onun nüvəsizləşdirilməsi üçün yaxından işləməyə çağırmaq niyyətindəyəm" deyə Yoon Suk Yeol bildirib.  

Prezident hesab edir ki, BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı sanksiyaları həyata keçirilərkən, KXDR tərəfindən kütləvi qırğın silahlarının hazırlanmasının maliyyələşdirilməsi xeyli mürəkkəbləşir. Bundan əvvəl KXDR ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə cavab olaraq taktiki nüvə zərbəsi imitasiyası ilə raketlərin buraxılması üzrə təlimlər keçirib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Nəşr Şimali Koreya tərəfinin iki uzaqmənzilli strateji qanadlı raket buraxdığını vurğulayır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31