Aya eniş üçün ilk yapon modulu bu tarixdə buraxılacaq- ÖZƏL
4 Sentyabr 2023 11:15 DünyaYaponiyanın ilk Ay eniş aparatı SLIM ilə H2A daşıyıcı raketinin buraxılışı sentyabrın 7-də baş tutacaq. Bu barədə Mitsubishi Heavy Industries (MHI) şirkəti xəbər verir.
Buraxılış cümə axşamı, sentyabrın 7-də yerli vaxtla saat 08:42-yə (Moskva vaxtı ilə 02:42) planlaşdırılıb. Şirkət aydınlaşdırıb ki, onlar Taneqaşima kosmodromunun ərazisində hava şəraitini diqqətlə izləyirlər, çünki raketin buraxılışı güclü külək səbəbindən artıq bir neçə dəfə təxirə salınıb. Ayın relyefini öyrənmək üçün cihaz üz tanıma sistemindəki kimi texnologiyadan istifadə edir. SLIM-də Yer peykinin səthindəki kimyəvi elementlərin miqdarını təxmin etməyə imkan verən daxili xüsusi kamera var. Yapon modulu 100 m-dən çox olmayan xəta ilə Aya dəqiq eniş etmək qabiliyyətinə malikdir.