Nikol Rusiyaya qarşı danışdı: Putin unutmayacaq - VİDEO
4 Sentyabr 2023 11:17 DünyaHətta Paşinyan Rusiya ilə münasibətlərdə hansısa məqamdan narazıdırsa, bunu Qərb mediasına deməyi uzaqgörənlik deyil, axmaqlıqdır. Bunun üçün İrəvanla Moskva arasında müvafiq qapalı rabitə kanalları var.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan baş naziri Nikol Paşinyanın İtaliya mediasına müsahibəsi haqda qeyd edib.
O bildirib ki, bu sözləri görə Rusiya ona heç nə deməyəcək, ancaq Kremlin "qülləsi" heç vaxt heç nəyi unutmur.
"Putinlə Ərdoğanın görüşü ərəfəsində küsmək Nikol Vovayeviç üçün ümumiyyətlə çox axmaqlıqdır", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31