ABŞ və İtaliya Ukraynaya lazım olan müddətdə yardım edəcəklər - ÖZƏL
28 İyul 2023 12:08 DünyaABŞ prezidenti Co Bayden və İtaliyanın baş naziri Giorgia Meloni bəyanat verərək bildiriblər ki, Birləşmiş Ştatlar və İtaliya Kiyev hökumətinə lazım olan müddətdə hərbi və digər növ yardımlar göstərməyə hazırdır.
"Birləşmiş Ştatlar və İtaliya BMT Nizamnaməsinə və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edən ədalətli və davamlı sülhə nail olmaq məqsədi ilə Ukraynaya lazım olan müddət ərzində siyasi, hərbi, maliyyə və humanitar yardım göstərməyə davam edəcək" - bəyanatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31