Mirziyayev prezident vəzifəsinin icrasına başladı
14 İyul 2023 13:23 Dünyaİyulun 14-də parlamentdə (Oliy Məclisdə) Özbəkistan Prezidenti Şövkət Mirziyayevin andiçmə mərasimi olub.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, Şövkət Mirziyayev təntənəli şəkildə and içərək Özbəkistan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlayıb.
İyulun 9-da keçirilən prezident seçkilərində yenidən seçilən Şövkət Mirziyayevin səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək.
Xatırladaq ki, Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-da keçirilib və Şövkət Mirziyayev 87,05 faiz səs toplayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31