Hindistanda yerli seçkilər üçün gedən qarşıdurmalarda ölənlərin sayı artıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Hindistanın Qərbi Benqal əyalətində keçirilən yerli seçkilərdə sandıq başına çıxan döyüşlərdə həyatını itirənlərin sayı 48-ə yüksəlib.  

Hindistan mətbuatında yer alan xəbərə görə, 104 milyon əhalisi olan Qərbi Benqal əyalətində bələdiyyə seçkilərində səslərin sayılması davam edir. Polis, Qərbi Benqaliyada 8 iyundan bəri davam edən yerli seçkilərdə müxalif partiyalar arasında baş verən zorakılıqlarda ölənlərin sayının 48-ə yüksəldiyini açıqlayıb.

Digər tərəfdən Qərbi Benqaliyanın baş naziri Mamata Banerji hadisələrdə 19 nəfərin öldüyünü iddia edib.

Ştatdakı siyasi partiyalar zorakılıqda bir-birini günahlandırır. Bharatiya Janata Partiyası (BJP) hadisələrə görə dövlətin idarə etdiyi Trinamool Konqres Partiyasını (TMC) məsul tutsa da, Gənclər və İdman Naziri Anurag Thakur əyalətin baş naziri Banerjinin "qətllər və xaos olmadan" seçki keçirə bilməyəcəyini iddia edib.

Hindistan Milli Konqresi partiyasından Adhir Ranjan Çovdhuri seçkilərin bilərəkdən erkən başladığını və saxta səslərdən istifadə edildiyini iddia edib.

Digər tərəfdən, TMC-dən Sashi Panja da BJP, Hindistan Kommunist Partiyası və Hindistan Milli Konqresi partiyasının "şokedici" hadisələrdə əməkdaşlıq etdiyini iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31