Rusiya dövlət texnologiya şirkəti Apple-a qadağa qoyub- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın dövlət hərbi sənaye şirkəti olan Rostec bildirib ki, işçilərinə ABŞ-ın texnologiya nəhəngi "Apple" tərəfindən hazırlanmış cihazlardan istifadə etmək qadağandır.

"Şirkətin bütün müəssisələrində iş prosesində Amerika istehsalçısının cihazlarından istifadəyə tam qadağa qoyulub",deyə  - Rostecin mətbuat xidmətindən bildirilib. 2007-ci ildə Putinin sərəncamı ilə yaradılan holdinq hazırda Rusiya üzrə müdafiə sektorunda 800-dən çox elmi-istehsal təşkilatını birləşdirir. Mash teleqram kanalı daha əvvəl bildirmişdi ki, Apple cihazlarına qadağa yalnız Rostec holdinqlərindən biri olan və optoelektron sistemlər üzrə ixtisaslaşmış Şvabeyə tətbiq edilib. Bununla belə, məhdudiyyətlərin bütün şirkət üçün hərtərəfli tədbir olduğu ortaya çıxdı. Rusiya Federal Təhlükəsizlik Xidməti ötən ay bildirmişdi ki, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya vətəndaşları və ölkədə çalışan xarici diplomatların istifadə etdiyi minlərlə iPhone-da zərərli proqram quraşdırıb. Apple-ın Amerika kəşfiyyat xidmətlərinə Ağ Evin maraq dairəsində olan şəxsləri araşdırmaq üçün geniş imkanlar təqdim etdiyi iddia edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31