DƏHŞƏT! Qarajda cəsədlərlə dolu soyuducular tapıldı - FOTO
14 İyul 2023 10:38 DünyaRusiya Federasiyasının Samara vilayətindəki qarajlardan birində qeyri-qanuni meyitxana aşkar edilib.
Cəsədlər üzərində "ət" və "dondurma" yazıları olan adi mağaza soyuducularında saxlanılıb.
Yaşlı qadın və kişilərin cəsədlərini yerli bloqer Kseniya Stefan aşkar edib.
Meyitlərin ətrafında çələnglər və xaçlar da tapılıb.
Ehtimal ki, qarajı yerli dəfn xidmətləri şirkətlərindən biri meyitxanaya çevirib.
Məsələ ilə bağlı artıq polisə müraciət olunub.
medianevs
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31