"Rusiyaya izah etdik ki, razılaşma pozulmayıb"
13 İyul 2023 23:21 DünyaTürkiyə "Azov" döyüçülərinin Ukraynaya qaytarılmasının ölkələr arasında razılaşmanın pozmadığını Kremlə izah edib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik bildirib.
"Rusiya tərəfinə izah edilib ki, gərginlik yoxdur. Dərhal Peskov "Türkiyə ilə münasibətləri inkişaf etdirmək üçün çalışmağa hazırıq" kimi bir açıqlama verdi", - Çelik qeyd edib.
Xatırladaq ki, Türkiyənin "Azov" komandirlərini Ukraynaya qaytarması Rusiyada narazılığa səbəb olub. Belə ki, əsirlərin qaytarılması ilə bağlı şərtlərə görə, "Azov" komandirləri münaqişənin sonuna qədər Türkiyədə qalmalı idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31