Zukerberq Maskla döyüşə belə HAZIRLAŞIR - VİDEO
26 İyun 2023 23:16 DünyaMark Zukerberq İlon Maskla döyüşə ciddi şəkildə hazırlaşır.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə süni beyin tədqiqatçısı və podkaster Leks Fridman məlumat yayıb.
O, "Meta" şirkətinin baş direktoru Mark Zukerberqlə ciu-citsu məşqi edərkən çəkilmiş videonu yayımlayıb.
Videoda Zukerberq və Fridmanın boğma fəndlərini yerinə yetirdiyi görünür.
Belə ki, "Meta" rəhbəri Maskla MMA qaydaları üzrə keçiriləcək döyüşə hazırlaşır.
UFC prezidenti Deyn Uayt hər iki iş adamı ilə danışdığını və onların "ciddi" olduğunu söyləyib. Döyüşün dəqiq tarixi hələ məlum deyil.
Mask artıq Zukerberqin videosunu görüb. Milyarder Tvitterdəki paylaşımının altında "Onu yerə yıxacağam" yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31