Ərdoğan yunan baş naziri TƏBRİK ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiriakos Miçotakis arasında telefon danışığı baş tutub.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan baş naziri təmsil etdiyi partiyanın parlament seçkilərində qalibiyyətindən dolayı təbrik edib.

Türk lider yeni dönəmin Türkiyə-Yunanıstan əlaqələrinə müsbət təsiri olacağına ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31