Lukaşenkodan Nazarbayevə MÜƏMMALI ZƏNG
25 İyun 2023 22:58 DünyaBelarus lideri Aleksandr Lukaşenko bu gün Rusiya Prezidenti Vladimir Putinlə danışdıqdan sonra Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə zəng edib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lukaşenko günün ikinci yarısında Nazarbayevlə əlaqə saxlayıb və beynəlxalq vəziyyət, regional durum, eyni zamanda Belarus-Qazaxıstan əlaqələri müzakirə edilib.
Telefon danışığının təfərrüatı açıqlanmayıb.
Qeyd edək ki, Belarus lideri Nazarbayevlə danışandan sonra yenidən Putinlə müzakirə aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31