Serbiya  heç vaxt heç bir ölkədə üsyanı dəstəkləməyəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Belqrad heç vaxt Rusiyada və ya başqa bir ölkədə üsyanı dəstəkləməyəcək  ..

"Biz Türkiyədə , Rusiyada dəstəkləmədik. Nə Amerikada, nə də başqa bir ölkədə dəstəkləmərik". 

Vuçiç vurğulayıb ki, hökumət yalnız küçədə deyil, seçkilərdə dəyişdirilməlidir.

Bundan əvvəl Aleksandar Vucic Brüsseldə Kosovo üzrə danışıqlardan sonra  Avropa İttifaqını ikili standartlarda ittiham etmiş , həmçinin Kosovodakı vəziyyətin həddindən artıq irəli getdiyini bildirmişdi .

Bundan əlavə, Vuçiç Kosovonun baş naziri Albin Kurti ilə birbaşa danışıqları yersiz adlandırıb .

Serbiya prezidenti Brüsseldə Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Aİ-nin Qərbi Balkanlar üzrə nümayəndəsi Miroslav Layçak ilə də Kosovo ilə bağlı danışıqlar aparıb . Vuçiçin Borrelə Kosovo serblərinə qarşı son sui-istifadələri sənədləşdirən sənədi təqdim etdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31