ABŞ: Biz Vaqnerin silahlı hərəkətə hazırlaşdığını bilirdik - ÖZƏL
25 İyun 2023 13:40 DünyaOlaylar.az xəbər verir ki, ABŞ kəşfiyyat rəsmiləri Rusiyanın "Vaqner" qrupunun yaradıcısı Yevgeni Priqojinin silahlı aksiyaya hazırlaşdığını iyunun ortalarında öyrəndiklərini iddia ediblər.
"The Washington Post" qəzetinin xəbərinə görə, adlarının açıqlanmasını istəməyən ABŞ kəşfiyyat rəsmiləri, iyunun ortalarında Priqojinin Rusiya Müdafiə Nazirliyinə qarşı silahlı əməliyyat planlaşdırdığına dair kəşfiyyat məlumatı topladıqlarını və Ağ Evə, əlaqədar qurumlara "təcili" kodu ilə məlumat ötürdüyünü bildiriblər.
Priqojinin üsyanına hazırlıqsız tutulmadıqlarını qeyd edən bir kəşfiyyat rəsmisi, "ABŞ rəhbərliyinə nəyinsə planlaşdırıldığını bildirmək üçün kifayət qədər əlamətlər var idi, ona görə də Ağ Evin buna hazır olduğunu düşünürəm" fikrini bölüşüb. O, Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdə qalıb-qalmayacağı ilə bağlı "yüksək narahatlıq" olduğunu və istənilən qeyri-sabitliyin Rusiyanın nüvə arsenalına nəzarətdə problem yarada biləcəyini deyib.