Sankt-Peterburqda naməlum şəxslər atəş açıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyada iyunun 24-də səhər saatlarında polisə yoldan keçənlərdən Zanevski prospektində 6-cı evin yaxınlığında atışma olması barədə xəbər daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 33 yaşlı zərərçəkmişi aşkar ediblər. Həmin şəxs izah edib ki, Staxanovtsev küçəsindəki ev 5-də 4 naməlum şəxs yol münaqişəsi zamanı ona travmatik tapança ilə atəş açıblar, bundan sonra tünd göy rəngli BMW və qırmızı rəngli Subaru ilə qaçıblar.

Zərərçəkmiş qoltuqaltı və bel nahiyəsindən güllə yarası ilə müstəqil şəkildə xəstəxanaya gedib, tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxşdir. Cinayət işinin başlanması məsələsi həll edilir, polis münaqişə iştirakçılarını axtarır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31