Separatizm toxumu əkməyin son aqibəti belə olur - ÖZƏL

"Hazırda dünya gündəmini daha çox  Rusiyada  cərəyan edən hadisələr,  "Vaqner"  özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin basladığı proseslərin hansı istiqamətdə davam edəcəyidir. Müşahidələr göstərir ki,  istər Priqojinin, istərsə də Rusiya hökümətinin hərəkətlərinə əhali kütləsi seyrçi mövqeydə dayanıb. İqtisadi problemlər içərisində itib-batan insanları belə məqamlar o qədər maraqlandırmır. Deməli hər ikisinin hərəkətləri, geniş anlamda hüquqa zidd  əməlləri xalq kütlələrini məmnun etmədiyi ortadadır". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirlinin sözlərinə görə,  "Vaqner"  özəl hərbi şirkətinin Liviyada, Suriyada, son bir ildə Ukraydakı  qanlı hərəkətləri unudulmayıb. Rusiya rəhbərliyinin dəstəyi ilə yaradılmış  bu hərbi qurum adıçəkilən ölkənin mahiyyətini ortaya qoyub.  Bu isə onu göstərir ki, hüquq  dövləti olmayan ölkələrdə  belə çevrilişlərə cəhd, qanlı gedişlər, işğalçılıq, separatizmə dəstək əsas hədəflər sırasındadır:

"Ədalətə, normal qonşuluq prinsiplərinə, hüquq normalarına uyğun deyil, yalnız çox  konfiqurasiyalı, məkrli siyasi gedişləri ilə MDB məkanını hər zaman təhdid edən Rusiyanın priqojinləri yetişdirməsi təəccüblü deyil. Yalnız hüquqdan kənar, imperiya iddiaları ilə yaşayan  Rusiya kimi dövlətlərdə  belə halların baş verməsi gözləniləndir. 

Keçmiş SSRİ məkanında  harada münaqişə, separatizm görürsən, dərhal Rusiyanın barmağı orada görünür. Separatizm toxumu əkməklə, təhdid etməklə deyil, yalnız dünyanın hüquq sisteminin qəbul etdiyi prinsiplərlə  qonşu dövlətlərlə əməkdaşlıq etmək mümkün olur. Əks təqdirdə bumeranq effekti verir. Əkdiyin kin-küdurət, separatizm günlərin bir günü sənin öz qarşına çıxır. Separatizm toxumu əkməyin, qonşu ölkələri təhdid etməyin son aqibəti belə  olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31