Ölkə şokda: Müdafiə naziri Şoyqu yoxa çıxıb - ÖZƏL
25 İyun 2023 12:16 DünyaOlaylar.az xəbər verir ki, Vaqnerin qısa müddətli üsyanı Rusiyada panika yaradarkən Rusiyanın müdafiə naziri Sergey Şoyqunun yoxa çıxması yeni iddiaları gücləndirdi.
Belarusun vasitəçiliyinin sonunda "Vaqner"in lideri Yevgeni Priqojin muzdlu dəstəni geri çəkdi, bu proses boyu səssiz qalan Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə ortada görünmədi. Rusiya-Ukrayna müharibəsi davam edərkən Priqojinin tez-tez tənqid etdiyi Şoyqu günlərlə açıqlama verməyib, Vaqnerin lideri isə Şoyqunun təhvil verilməsini istəyib. Dünən axşam mövzu ilə bağlı açıqlama verən və müdafiə nazirliyində hər hansı bir işdən çıxarılma ilə bağlı sualları cavablandıran Kremlin sözçüsü Dmitri Peskov, "Bu məsələlər Putinin səlahiyyətindədir" şərhini verib. Uzun illər müdafiə naziri vəzifəsində çalışmış 68 yaşlı Şoyqu Putinin yaxın kadrları arasında Sovet İttifaqı dövründə kəşfiyyat bölməsində xidmət etməyən biri kimi seçilir. Şoyqunun kürəkəni Aleksey Stolyarov onu Ukraynaya müharibəyə göndərmədiyi üçün Priqojin tərəfindən tez-tez tənqid edilsə də, Britaniyanın Sunday Times qəzeti Şoyqunun işdən çıxarıla biləcəyini iddia edib.