4 aylıq körpəsini itlə eyni otaqda qoydu - Qışqırıq səsinə geri qayıdanda dəhşətə gəldi...
25 İyun 2023 12:13 DünyaABŞ-nin Florida ştatında Kloi Vişnevski adlı 21 yaşlı ana 4 aylıq körpəsini iti ilə tək otaqda qoyub.
Olaylar.az mynet.com-a istinadən xəbər verir ki, ana tələsik duş almaq məqsədilə südəmər körpəni itlə təkbaşına otaqda qoyub. Daha sonra körpənin ağlamaq səsinə geri qayıdan ana itin uşağın əlini çeynədiyini görüb. Körpə əl barmaqlarından beşini itirib.
Ana səhlənkarlığa yol verdiyinə görə onun barəsində məhkəmə işi başlayıb. Belə ki, 21 yaşındaki Vişnevski hələ 24 saat əvvəl aldığı itlə körpəsini tək qoyduğu üçün təqsirli bilinib.
Ana təcili yardım gələnə kimi körpənin əlinə sarğı ilə müdaxilə edərək, qanı dayandırmağa çalışıb. Xəstəxanaya çatdırılan körpənin sağ əlindən 3, sol əlindən isə 2 barmaq amputasiya edilib.
Milli.Az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31