Rusiya Belarusda yerləşdiriləcək nüvə silahlarına nəzarəti özündə saxlayır ÖZƏL
25 İyun 2023 11:36 Dünya"Rusiya beynəlxalq öhdəliklərə uyğun olaraq Belarusda yerləşdiriləcək taktiki nüvə silahlarına nəzarəti özündə saxlayır".
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Həm belaruslu dostlarımız, həm də bizim nümayəndələrimiz, Rusiya nümayəndələri dəfələrlə bununla bağlı nə baş verdiyini izah ediblər. Nüvə silahının yerləşdirilməsi Belarus və ya Rusiya Federasiyasının heç bir beynəlxalq öhdəliyini, o cümlədən digər öhdəlikləri heç bir şəkildə pozmur" - o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31