Titan sualtı qayığının hissələri tapıldı: Səhlənkarlıq iddiaları gündəmdədir - ÖZƏL

Olaylar.az xəbər verir ki, "Titanik"in qalıqları altına dalarkən yoxa çıxan "Titan" sualtı gəmisinin hissələri tapılıb. Təzyiq nəticəsində partlayan və içərisində 5 nəfərin həyatını itirdiyi sualtı qayıqla bağlı səhlənkarlıq iddiaları gündəmdədir. Kanada hadisə ilə bağlı araşdırmalara başlayıb.

İçərisində 5 nəfərin olduğu chr("39")Titanchr("39") sualtı qayığının təzyiq nəticəsində parçalara ayrıldığı müəyyən edilib. Parçalar "Titanik"in qalıqlarından 488 metr aralıda, səthin 4 kilometr dərinliyində tapılıb. "Titan" sualtı qayığının əsas dəstək gəmisi fəlakətdən sonra Kanada limanına qayıdıb. Təzyiq itkisi nəticəsində içəriyə doğru partlamaya səbəb olduğu düşünülən sualtı qayıq üçün səhlənkarlıq ehtimalları gündəmdədir. Kanada səlahiyyətliləri OceanGate tərəfindən idarə olunan sualtı qayıqla bağlı çoxsaylı araşdırmalara başlayıb. Titanın fəaliyyət göstərdiyi açıq dənizlərdə beynəlxalq sulara nəzarət edən heç bir qayda yoxdur. ABŞ Sahil Mühafizəsi Titanın partladığını elan edərək, tətbiq olunan qaydalar və standartlarla bağlı sualların gələcək araşdırmanın diqqət mərkəzində olacağını bildirib. 2018-ci ildə ilk dalışını edən American OceanGate Expeditions-ın sualtı qayığı 2021-ci ildə Titanik sahəsinə enib; lakin onun mühafizə sertifikatının olmadığı məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31