Çexiyada təyyarə QƏZASI

Çexiyanın şərqindəki Havlikuv Brod şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb, pilot həlak olub.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Təyyarə yerə çırpılan zaman yanıb, pilot həyatını itirib", - məlumatda deyilir.

Qəzanın başvermə şəraiti ilə bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31