Voronejdə körpü VURULDU
24 İyun 2023 21:47 DünyaRusiya Hərbi Hava Qüvvələri Voronej vilayətinin Anninski rayonunun Brodovoe kəndindəki körpüyə zərbələr endirib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Maş" Teleqram kanalı yayıb.
Bildirilir ki, bu kənd Voronejdən 80 km şərqdə yerləşir və "Vaqner" döyüşçüləri Moskvaya yürüş edərkən burdan keçməyib.
Qeyd edək ki, "Vaqner"in rəhbəri Yevgeni Priqojin "Ədalət Yürüşü"nə başladıqlarını elan edib. Vaqnerçilər artıq Rostov və Voroneji ələ keçirib və hazırda Moskvaya doğru hərəkət edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31