Moskvada iyunun 26-sı qeyri-iş günü ELAN OLUNDU

Rusiyanın paytaxtı Moskvada iyunun 26-sı qeyri-iş günü elan edilib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün rəsmi "Telegram" kanalında məlumat verib.

O, ölkədəki mürəkkəb vəziyyətlə əlaqədar iyunun 26-ı, yəni bazar ertəsi gününü qeyri-iş günü elan edib.

"Riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində dövlət orqanları və fasiləsiz iş müəssisələri, hərbi sənaye kompleksi, şəhər xidmətləri istisna olmaqla, bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim", - mer vurğulayıb.

Sobyanin şəhər xidmətlərinin yüksək hazırlıq rejimində işləyəcəyini diqqətə çatdırıb və paytaxt əhalisini küçəyə çıxmaqdan çəkinməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31